Avqust 14, 2025-7:28
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Mətbuat Şurasının üzvü Makronu AZƏRTAC-ın əməkdaşına qarşı zorakılığa görə üzr istəməyə çağırıb

2023:12:06 - 14:54
in SİYASƏT
A A

Mətbuat Şurasının üzvü, Jurnalist Ekspert Mərkəzinin (JEM) sədri Ceyhun Musaoğlu Fransa Prezidenti Emmanuel Makronu AZƏRTAC-ın əməkdaşı Aygün Həsənovaya qarşı zorakılığa görə üzr istəməyə çağırıb.

C.Musaoğlu “Report”a açıqlamasında deyib ki, Fransa polisi AZƏRTAC-ın əməkdaşına mane olmaq əvəzinə, onu müdafiə etməli idi:

“Çoxlarımıza məlumdur ki, Fransa Yeni Kaledoniyadan öz çirkin məqsədləri üçün istifadə edir. Yerli əhali də təbii olaraq buna etiraz edir. Azərbaycan dövləti də, jurnalistlə haqqın tərəfindədir. Biz sadəcə olaraq mənzərəni təqdim edirik, tərəf tutmuruq. Üstəgəl, Fransaya gedən jurnalistin vizası da var idi. Fransa polisi isə bütün bunları nəzərə almayaraq, həmkarımızı deportasiya edib”.

C.Musaoğlunun sözlərinə görə, bu hərəkətin adı ən yaxşı halda vəhşilikdir: “Fransa özünü bir daha ifşa etdi. Sözsüz ki, bu tapşırığı Fransa hakimiyyəti verib. Çünki onlar öz vəhşiliklərini gizlətməyə çalışırlar. Biz artıq adekvat cavab vermişik, etirazımızı bildirmişik. Hansı ölkə olmasındna asılı olmayaraq, orada peşə fəaliyyətini layiqincə, medianın tələblərinə uyğun formada yerinə yetirən jurnalistə şərait yaradılmalıdır”.

JEM sədri söyləyib ki, Azərbaycan heç bir xarici jurnalistə qarşı bu cür davranmayıb: “Vətən müharibəsi dövründə ölkəmizə xeyli xarici jurnalist gəldi. Onların arasında Prezident İlham Əliyevə qərəzli suallar verənlər də var idi. Amma həmin media nümayəndələrinin heç birinə qarşı kobudluq etmədik”.

Mətbuat Şurasının nümayəndəsi qeyd edib ki, Fransa Prezidenti Emmanuel Makron ölkəsinin bu əməlinə görə üzr istəməlidir: “Biz bunun üçün çalışmalıyıq. Bir qrup jurnalist Fransa səfirliyinə müraciət edə, oradakı mətbuat atteşəsi ilə görüşə bilər. Bu, nəticə verə bilər”.

Qeyd edək ki, AZƏRTAC-ın əməkdaşı Aygün Həsənova Fransadan deportasiya edilib. Şengen vizasına malik olmasına baxmayaraq, əsassız tələblər irəli sürülüb. Bu, onu göstərir ki, Fransa Prezidenti Emmanuel Makron faktiki olaraq Fransada diktatura qurur. Digərlərinə demokratiya dərsi keçirlər amma özləri totalitar vasitələrlə ölkəni idarə edir.

Neokolonializm siyasəti həyata keçirən Fransa bu yolda bütün dünyavi dəyərləri tapdalayır.

Əvvəlki Yazı

Yunanıstan bizim düşmənimiz deyil, qonşumuzdur- Ərdoğan

Növbəti Yazı

Macarıstan parlamenti Ukraynanın Aİ-yə üzvlüyü ilə bağlı danışıqların əleyhinə qətnamə qəbul edib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.