Ukrayna prezidenti Vladimir Zelenski gələn həftə Rumıniyaya səfər edəcək. Bu barədə “Digi 24” telekanalı öz mənbələrinə istinadən məlumat yayıb.
“Hər zamankı kimi, Ukraynanın rəsmi nümayəndələrindən söhbət gedəndə biz tarixlərin adlarını çəkməkdən çəkinirik, çünki onların təhlükəsizlik məsələlərinə, xüsusən də belə yüksək səviyyədə diqqətli olduqlarını bilirik”, – telekanal qeyd edib.
Eyni zamanda, stiripesurse.ro saytı səfərin oktyabrın 10-da baş tutacağına aydınlıq gətirir.
Digi 24 əlavə edir ki, bu, bir neçə ölkəyə səfər deyil, Rumıniyaya ayrıca səfərdir və bu səfər zamanı Ukrayna dövlətinin başçısı prezident Klaus İohannis və digər Rumıniya liderləri ilə görüşəcək. (Tass)