Maraqlısı budur ki, İran və Rusiya ABŞ-Ermənistan təlimlərinə reaksiya vermir, sadəcə, bəyanatlar verməklə işini məhdudlaşdırır. Hər ikisi keçirilən birgə hərbi təlimlərə susurlar. Eləcə də, Türkiyə də ciddi şəkildə narahat olmalıdır. ABŞ Suriya və İraqda yerləşən YPQ/PKK terrorçularına hər cür dəstək göstərərək onlardan Türkiyəyə qarşı istifadə etdiyi kimi, Ermənistandan da rəsmi Ankaraya qarşı istifadə edəcək. Bununla bağlı tarixi presedentlər də var. Məsələn, erməni daşnakların silahlandırılması və təlimlərinin Osmanlıya qarşı istifadə olunmasını yada salaq. Görünən də odur ki, Amerika bu oyunu yenidən oynayır.Birləşmiş Ştatlar administrasiyası anlamalıdır ki, onun Cənubi Qafqazdakı maraqları bölgənin əsas dövləti sayılan Azərbaycanla əməkdaşlığın gücləndirilməsini diktə edir. Azərbaycanın da iştirakçısı olduğu Orta dəhliz layihəsi Ağ evin maraqlarına cavab verir. Azərbaycanın Avropaya qaz, neft və alternativ enerji nəqli də ABŞ üçün əhəmiyyətlidir.ABŞ Ermənistanla birgə hərbi təlimlərə, müdafiə sahəsində əməkdaşlığı genişləndirməyə son verməlidir. Azərbaycana sülhlə bağlı çağırışlar edən bir dövlət bu cür ziddiyyətli addımlar atmamalıdır.Öz növbəsində, Ermənistan da anlamalıdır ki, bu proseslərdən məğlub çıxan yenə o olacaq. Ermənistan hakimiyyəti hələ də anlamaq istəmir ki, ikibaşlı siyasət yeritmək, kor-koranə əmr və tapşırıqlara əməl etməklə xalqını və bütövlükdə regionu növbəti gərginliyə sürükləyir.Report.