İyun 16, 2025-9:47
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

Məzahir Pənahov parlament seçkilərini müşahidə etmək üçün Maldivə gedir

2024:04:19 - 12:04
in SİYASƏT
A A
Mərkəzi Seçki Komissiyasının (MSK) nümayəndə heyəti Maldiv Respublikasında parlament seçkilərini müşahidə edəcək.

Bu barədə “Report” MSK-nın mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahovun rəhbərlik etdiyi nümayəndə heyəti 2024-cü il aprelin 21-də Maldiv Respublikasında keçiriləcək parlament seçkilərini müşahidə etmək məqsədilə paytaxt Male şəhərinə səfərə yola düşüb:

“Mərkəzi Seçki Komissiyası nümayəndə heyətinin sözügedən seçkilərdə beynəlxalq müşahidəçi qismində iştirakı Maldiv Respublikası Seçki Komissiyası sədrinin dəvətinə əsasən reallaşdırılır.

Səfər zamanı Mərkəzi Seçki Komissiyasının nümayəndələri parlament seçkilərinə hazırlıqlarla tanış olacaq və səsvermə məntəqələrində seçki günü prosedurlarını müşahidə edəcəklər.

Səfər çərçivəsində sədr Məzahir Pənahovun Maldiv Respublikası Seçki Komissiyasının sədri Fuvad Tovfeek, habelə seçkilərin müşahidəsinə qatılan təşkilatların və xarici ölkələrin seçki idarəetmə orqanlarının rəhbərləri ilə görüşlər keçirməsi, qurumlararası əməkdaşlıq imkanları, əlaqələrin dərinləşdirilməsinin inkişaf perspektivləri və qarşılıqlı maraq kəsb edən məsələlərlə bağlı müzakirələr aparması da nəzərdə tutulur”,- məlumatda qeyd olunub.

Əvvəlki Yazı

Dəymiş ziyana görə fermer sığorta ödənişini necə əldə etməlidir?

Növbəti Yazı

Şərqşünas alim Ege Universitetində XX əsrdə azərbaycanlılara qarşı törədilmiş soyqırımlar haqqında məruzə deyib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.