Konqo Demokratik Respublikasının (DRC) şərqində fəaliyyət göstərən 23 Mart Hərəkatı (M23) qrupunun üsyançıları Konqo hökumətindən onlarla birbaşa dialoqa başlamağı tələb ediblər. Bu barədə M23 nümayəndəsi Lourens Kanyuka bildirib.
“Biz münaqişənin köklü səbəblərini aradan qaldırmaq və ölkəmizdə davamlı sülhün bərqərar olması üçün Kinşasa rejimi ilə səmimi və birbaşa dialoqa çağırışımızı bir daha təkrar edirik”, – The New Times qəzeti onun bəyanatından sitat gətirir. Kanyuka qeyd edib ki, üsyançılar 30 ildən artıq davam edən münaqişənin “sülh yolu ilə həllinə” sadiqdirlər.
DRC hökuməti qrupu terror qruplaşması hesab edərək M23 ilə birbaşa danışıqları rədd edir. Öz növbəsində, Ruanda Konqo hakimiyyəti M23 ilə dialoqa girənə qədər DRC ilə münasibətləri nizamlamaq üçün razılaşma üzərində işləməkdən imtina edir. (Tass)