Macarıstan hökuməti ABŞ administrasiyasının Ukraynaya hərbi yardımı dayandırmaq qərarını dəstəkləyir. Bunu Macarıstanın baş nazirinin ofisində beynəlxalq kommunikasiyalar və əlaqələr üzrə dövlət katibi Zoltan Kovaç deyib.
“Tramp administrasiyası Amerikanın Ukraynaya hərbi yardımını dayandırıb. ABŞ prezidenti ilə Macarıstan hökumətinin mövqeləri üst-üstə düşür: silah tədarük etmək və müharibəni davam etdirmək əvəzinə, atəşkəsə nail olmaq və mümkün qədər tez sülh danışıqlarına başlamaq lazımdır”, – Kovaç öz Facebook səhifəsində yazıb. (Tass)