İyulun 16-da Macarıstan Ukraynada insan hüquqlarını pozmaqda, o cümlədən Zakarpatiyada Macarıstan vətəndaşının ölümündə günahkar olan hərbçilərə qarşı Avropa İttifaqının sanksiyalarının tətbiqinə təşəbbüs göstərəcək. Bu barədə Macarıstanın xarici işlər naziri Peter Szijarto Brüsseldə Aİ ölkələrindən olan həmkarları ilə görüşdən sonra bildirib.
“Sabah Brüsseldə biz öz təklifimizi rəsmən təqdim edəcəyik. Bu gün Xarici İşlər Nazirləri Şurasının iclasında mən elan etdim ki, Macarıstan bir macarı döyərək öldürən və buna görə məsuliyyət daşıyan ukraynalı hərbçilərin Aİ-nin sanksiya siyahısına daxil edilməsi təşəbbüsü ilə çıxış edəcək. Bu, Avropa İttifaqının bu məsələdə etməli olduğu minimumdur”. M1 telekanalı.
“Avropa İttifaqı işgəncə və ya digər qəddar, qeyri-insani və ya ləyaqəti alçaldan rəftar kimi sistematik insan hüquqları pozuntuları halında dünyanın istənilən regionuna şamil edilən qlobal insan hüquqları sanksiyaları rejiminə malikdir”, – deyə Sijjarto xatırladıb.
O hesab edir ki, bu tərifə Ukrayna təhlükəsizlik qüvvələrinin cəbhəyə getmək istəməyən Zakarpatyadan olan 45 yaşlı macar Yozef Sebestyenin ölümünə səbəb olan hərəkətləri daxildir. Bereqovoda (Zakarpat vilayəti) yaşayan və ikili vətəndaşlığı olan bu şəxs işə qəbul məntəqəsində döyülərək aldığı xəsarətlərdən iyulun 6-da xəstəxanada dünyasını dəyişib.
“Biz bunu qəbuledilməz və sarsıdıcı hesab edirik, lakin Avropa liderlərinin Ukrayna küçələrində baş verənlərə biganəliyi də eyni dərəcədə qəbuledilməz və şok edicidir”, – nazir bildirib. Onun sözlərinə görə, Aİ Ukrayna hakimiyyətinin məcburi hərbi xidmətə çağırış zamanı öz vətəndaşlarına qarşı qəddar hərəkətləri ilə bağlı tədbir görməlidir. Szijarto qeyd edib ki, bu cür hərəkətlərə dair sübutlar Avropa Şurasının insan haqları üzrə komissarı Maykl O’Flahertinin Ukraynadakı vəziyyətlə bağlı son hesabatında yer alıb.