Macarıstan parlamenti İsveçin NATO-ya daxil olması haqqında sazişi ratifikasiya edib.
Bu barədə ölkənin ali qanunverici orqanının saytında yayımlanan iclasın moderatoru məlumat verib.
Deputatların böyük əksəriyyətinin İsveçin Alyansa qoşulmasını dəstəkləməsindən sonra o, “Qərar verildi” deyib. Səsvermənin nəticələri tabloda göstərilib: 188 lehinə, 6 əleyhinə. Macarıstan parlamentində 199 deputat var. Macarıstan İsveçin müraciətini təsdiqləyən sonuncu NATO ölkəsi oldu. (Tass)