Sentyabr 4, 2025-1:14
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

Macarıstan parlamentində səs çoxluğu fevralın 26-da İsveçin NATO-ya qəbulunu ratifikasiya etməyi təklif edib

2024:02:20 - 12:24
in DÜNYA
A A

Hakim partiyanın “FİDES – Macarıstan Vətəndaş Birliyi” fraksiyası fevralın 26-da İsveçin NATO-ya daxil olması haqqında sazişin ratifikasiyası ilə bağlı Macarıstan parlamentində səsvermənin keçirilməsini təklif edib. Bu barədə fraksiya lideri Mate Koçsis məlumat verib.

O, bu təkliflə Macarıstan parlamentinin sədri Laszlo Kövere məktub göndərib. “Biz parlamentin fevralın 26-da keçiriləcək iclasının gündəliyinə İsveç Krallığının Şimali Atlantika Müqaviləsi Təşkilatına daxil olması haqqında sazişin ratifikasiyası məsələsinin daxil edilməsini təklif edirik”, – fraksiya lideri müraciətində yazıb. Koçsis öz Facebook səhifəsində sənədin fotosunu dərc edib.

Fevralın 26-sı Macarıstan parlamentinin qış fasiləsindən sonra ilk iş günü olacaq. Gündəliyin müəyyən edilməsinə cavabdeh olan Köverin yaz sessiyasının açılışında Fides fraksiyasının təklifini səsverməyə çıxaracağı gözlənilir. Kiçik partnyorları olan Xristian Demokratlarla birlikdə partiya parlamentdə üçdə iki səs çoxluğuna malikdir, ona görə də onun təklifinin təsdiqlənməsi mütləqdir. Müxalifət partiyaları da uzun müddətdir ki, İsveçin təklifinin mümkün qədər tez ratifikasiya olunmasını müdafiə edirlər. (Tass)

Əvvəlki Yazı

Fikrət Məmmədovun Konstitusiya Məhkəməsinin hakimi təyin edilməsi barədə məsələ parlamentin iclasına tövsiyə olunub

Növbəti Yazı

Sabah Xocalı soyqırımının 32-ci ildönümü Tallində anılacaq

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.