Macarıstan Rusiyanın dondurulmuş aktivlərinin yenidən investisiya edilməsindən ələ keçirilən gəlirlər hesabına Kiyev üçün silah almaq niyyətində olan Avropa Komissiyasının (AK) planlarının həyata keçirilməsinə mane olur. Bu barədə Financial Times (FT) icma ölkələrinin səfirlərinin çərşənbə günü keçirilən görüşünün nəticələri ilə tanış olan mənbələrə istinadən məlumat yayıb.
“Hələlik onlar [macarlar] Ukraynaya hərbi yardım göstərməklə bağlı hər şeyi əngəlləyirlər”, – nəşrin həmsöhbətlərindən biri bildirib.
Başqa bir mənbəyə görə, Budapeştin etirazları bu təşəbbüsə aid deyil, çünki o, artıq bütün Aİ üzvlərinin razılığını alıb, ancaq Ukrayna üçün silah alışı üçün töhfələrin avtomatik olaraq həyata keçiriləcəyi ehtimalı var. Macarıstan nümayəndələri Aİ-nin bütün üzvlərinin buna hər dəfə razılıq verməsini zəruri hesab edirlər. Avropalı diplomatlar bu məsələdə fikir ayrılıqlarının aradan qaldırılmasına ümid edirlər. (Tass)
Macarıstan nümayəndələri FT-yə şərh verməkdən imtina ediblər.