Macarıstan səlahiyyət müddəti oktyabrın 1-də başa çatacaq Yens Stoltenberqin yerinə NATO-nun yeni baş katibi vəzifəsinə Hollandiyanın baş naziri səlahiyyətlərini icra edən Mark Ruttenin namizədliyini dəstəkləyəcək. Bu barədə iyunun 17-də Brüsseldə Aİ-nin qeyri-rəsmi sammiti zamanı Rutte ilə görüşən Macarıstanın baş naziri Viktor Orban bildirib.
Macarıstan hökumətinin başçısı xatırladıb ki, o, əvvəllər Stoltenberqlə Macarıstanın NATO-nun Ukraynadakı missiyasında iştirak etməyəcəyi barədə razılığa gəlib. “Bu həftə növbəti addımımız bu razılaşmanın zamanın sınağından çıxmasına əmin olmaq idi. Dünən Brüsseldə keçirilən görüşdən sonra Baş nazir Mark Rutte bu razılaşmanı tam dəstəklədiyini və NATO-nun növbəti baş katibi olacağı təqdirdə bunu davam etdirəcəyini təsdiqləyib. Macarıstan öz sözünün işığında baş nazir Ruttenin NATO-nun baş katibi vəzifəsinə namizədliyini dəstəkləməyə hazırdır”, – deyə Orban sosial şəbəkədəki səhifəsində yazıb. (Tass)