Avqust 18, 2025-2:36
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə DÜNYA

Macarıstanda Ukrayna üzrə milli məsləhətləşmələr yanvarın 17-dək uzadılıb

2024:01:09 - 14:07
in DÜNYA
A A

Macarıstan hökuməti Ukraynanın Avropa İttifaqına daxil olması və ona maliyyə yardımı göstərilməsi ilə bağlı milli məsləhətləşmələrin müddətini yanvarın 17-dək uzadıb. Nazirlər Kabinetindən verilən məlumata görə, bu qərar Aİ-nin gündəliyində olan bu məsələlərlə bağlı mümkün qədər çox vətəndaşın öz mövqeyini ifadə etməsinə şərait yaratmaq məqsədilə qəbul edilib.

“Biz hər kəsə öz fikrini bildirmək imkanı vermək istərdik, ona görə də cavabların təqdim olunma müddəti bir həftə uzadılıb – sorğu vərəqələri yanvarın 17-dək qaytarıla bilər”, – hökumətin mətbuat xidməti öz saytında bildirib. O qeyd edib ki, noyabrın 17-də başlayan və ilkin planlara görə yanvarın 10-da başa çatmalı olan məsləhətləşmələrdə artıq 1,2 milyondan çox insan iştirak edib.

“Bu, onu göstərir ki, bir çox insanlar Ukraynanın Aİ-yə üzvlüyü və onun maliyyələşdirilməsi ilə bağlı öz mövqeyini ifadə etmək istəyir. Bu, xüsusilə aktualdır, çünki Aİ-nin növbəti sammitində büdcə məsələləri yenidən gündəmə gətiriləcək və Macarıstana Ukraynanaya dəstək  üçün böyük təzyiqlər var. O xatırladıb ki, məsləhətləşmələr zamanı doldurulması təklif olunan sorğu vərəqlərində yeni Aİ miqrasiya paktı və Budapeştin fikrincə, “Macarıstan iqtisadiyyatının manevr imkanlarını daraldacaq” Brüsselin tələbləri ilə bağlı suallar da var.

Macarıstan hökuməti gizlətmir ki, bu unikal sorğunun köməyi ilə Aİ rəhbərliyi ilə danışıqlara vətəndaşların dəstəyini cəlb etməyə ümid edir. Anketə daxil edilən 11 sualdan 4-ü Ukraynaya aiddir: bu ölkənin Aİ-yə daxil olması, ona silah tədarükü, maliyyə yardımının göstərilməsi və Ukrayna taxılının idxalı. Bundan əlavə, tədqiqatın müəllifləri qeyri-qanuni miqrasiya, sosial dəstək tədbirləri, LGBT təbliğatı və siyasi partiyaların xaricdən maliyyələşdirilməsi ilə bağlı əhalinin fikrini öyrənmək qərarına gəliblər. (Tass)

 

Əvvəlki Yazı

Şoyqu 2023-cü ildə Ukrayna ordusunun nə qədər əsgər itirdiyini açıqlayıb

Növbəti Yazı

Prezident İlham Əliyevin fəaliyyəti müasir şəraitdə rasional idarəçilik nümunəsidir – RƏY

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.