Macarıstanın baş naziri Viktor Orban Ukrayna prezidenti Vladimir Zelenski ilə danışıqlar aparmaq üçün bu gün səhər saatlarında Kiyevə gəlib. Bu barədə Macarıstan hökumətinin başçısının mətbuat katibi Bertalan Havaşi məlumat verib.
MTI xəbər agentliyi ondan sitat gətirib : “Görüşün əsas mövzusu sülhə nail olmaq imkanlarıdır” . Havasi qeyd edib ki, Orban və Zelenski “Macarıstan-Ukrayna ikitərəfli münasibətlərinin aktual məsələlərini də müzakirə edəcəklər”. (Tass)