Macarıstan Fələstin dövlətini tanımağı planlaşdırmır və hesab edir ki, fələstinlilər ilk növbədə İsraillə sülh razılaşması əldə etməlidirlər. Bunu bir sıra ölkələrin Fələstinin müstəqilliyini tanımaq niyyətlərini şərh edən Macarıstanın Baş Naziri Aparatının rəhbəri Qergeli Qulyas deyib.
“Biz Fələstin dövlətinin birtərəfli tanınmasının tərəfdarı deyilik”, o, brifinqdə jurnalistlərə deyib. Onun sözlərinə görə, Macarıstan hökumətinin mövqeyi ondan ibarətdir ki, Yaxın Şərqdə münaqişənin tərəfləri olan fələstinlilər və İsrail iki dövlətin dinc yanaşı yaşaması barədə razılığa gəlməlidir.(Tass)