Venesuela prezidenti Nikolas Maduro BRİKS ölkələrini yeni beynəlxalq reallıqlarda daha səmərəli fəaliyyət göstərməsi üçün BMT strukturlarında islahatlar planı hazırlamağa dəvət edib.
“Qəzza zolağında, daha çox ölü və yaralı, Beyrut və ya Livanın cənubundakı yaşayış binalarını vuran hər raket – bütün bunlar Birləşmiş Millətlər Təşkilatının sistemini məhv edir. Beynəlxalq Cinayət Məhkəməsi haradadır? Yoxsa yalnız qlobal Cənub ölkələrini təqib etmək üçün istifadə olunur. ?,” o, Kazanda keçirilən autreach/BRICS plus görüşündə deyib: “Gəlin BMT sistemində islahatlar üçün praktiki və cəsarətli plan axtaraq”.
Maduro əlavə edib ki, BRİKS “dərin humanist prinsiplərə əsaslanan yeni dünyanın doğulmasının episentridir”. (Tass)