Venesuela prezidenti Nikolas Maduro İsraili Fələstin xalqının soyqırımında ittiham edib və dərhal sülh danışıqlarına başlamağı və Fələstinin ərazi hüquqlarını təmin edən BMT qətnamələrinin yerinə yetirilməsini istəyib. Dövlət başçısı bazar ertəsi canlı yayımlanan “ Venezolana de Televisión dövlət telekanalında “Maduro ilə+” adlı müəllif proqramında danışıb.
“Dünya cavab verməli və Qəzza zolağı xalqına qarşı soyqırıma yox deməli, Fələstin xalqına qarşı soyqırıma yox deməlidir” deyən Maduro İsrailin “Fələstinli ailələrin yaşadığı evləri daim bombalamasına” işarə edib. O, İsrailin Qəzza zolağının tam blokadasını pisləyib. “Milyonlarla insan onilliklər ərzində burada bombalanıb, hücuma məruz qalıb, işgəncələrə və təqiblərə məruz qalıb”. O qeyd edib ki, “beynəlxalq media və beynəlxalq ictimai rəy Fələstin xalqına qarşı törədilən cinayətləri susdurur və senzuraya salır”.
Maduro bildirib ki, Venesuela atəşkəs, sülh danışıqları və Fələstinin tarixi hüquqlarının bərpası üçün razılaşmanın tərəfdarıdır. O xatırladıb ki, Birləşmiş Millətlər Təşkilatı 1967-ci ildə “iki dövlətin – Fələstin və İsrailin yaradılmasına dair məcburi qətnamə qəbul edib və bu qətnamə bütün İsrail hökumətləri tərəfindən pozulur”.
“Dünyadakı xristianlarını, müsəlmanlara, müsəlman qardaşlarıma, İsrail xalqını BMT qətnamələrinin yerinə yetirilməsini, atəşkəsin, BMT qərarlarına hörmət edilməsini, xalqların hüquqlarına hörmət edilməsini, sülh danışıqlarının dərhal başlanmasını tələb etməyə çağırıram. (Tass)