Fələstin Dövlətinin prezidenti Mahmud Abbas Ramallahda ABŞ dövlət katibi Antoni Blinkenlə danışıqlar zamanı fələstinlilərin həm Qəzza zolağından, həm də İordan çayının qərb sahilindən zorla öz torpaqlarından çıxarılması siyasətini tamamilə rədd etdiyini bildirib. Bu barədə WAFA agentliyi məlumat yayıb.
Agentlik qeyd edib ki, Fələstin prezidenti İsrail hakimiyyətinin “Fələstin xalqını öz torpaqlarından didərgin salmağa yönəlmiş” tədbirlərinin təhlükəsi barədə xəbərdarlıq edib. Bununla bağlı Abbas “hər hansı bir Fələstin vətəndaşının Qəzzadan və ya İordan çayının qərb sahilindən məcburi köçkün edilməsini tamamilə rədd etdiyini” vurğulayıb. O, Fələstin hakimiyyətinin “belə hadisələrə icazə verməyəcəyini” deyib. (Tass)