Avropa Şurasının sədri Antonio Kosta 27 Aİ dövlətinin liderlərinin videokonfrans iclasını çağırıb, Fransa prezidenti Emmanuel Makron ABŞ-a səfərinin nəticələri barədə həmkarlarına məlumat verəcək.
“Martın 6-da keçiriləcək Avropa Şurasının fövqəladə iclasına hazırlıq çərçivəsində sabah səhər prezident Emmanuel Makronun Vaşinqtona son səfəri ilə bağlı hesabatını dinləmək üçün Avropa Şurası üzvlərinin videokonfransı təşkil edəcəyəm”, – Kosta X-də yazıb. (Tass)