Fransa prezidenti Emmanuel Makron Qrenlandiyanın ələ keçirilməsinin qəbuledilməz olduğunu qeyd edib. O, bu barədə Nitsada keçirilən BMT-nin 3-cü Okean Konfransında bildirib.
X-də çıxışı Yelisey sarayının internet saytında yayımlanan Fransa lideri deyib: “Mən bunu qətiyyətlə deyirəm: dənizin dərinlikləri, Qrenlandiya, nə Antarktida, nə də açıq dənizlər satılmır”.
Makron okeanın dərinliklərində mədənçıxarmaya qarşı da çıxış edib. “Biz ekosistemlərimizi qorumalıyıq, çünki bu inkişafın nəyə gətirib çıxara biləcəyini bilmirik” deyib prezident.
Fransa prezidenti Arktikada təhlükəsizlik məsələlərini müzakirə etmək üçün iyunun 15-də Qrenlandiyaya səfər edəcək. (Tass)