Avropanın özünü qorumaq üçün kifayət qədər vasitələri yoxdur, təhlükə qarşısındadır. Bunu Fransa prezidenti Emmanuel Makron YouTube kanalında istifadəçilərin suallarını cavablandırarkən deyib.
“Hər şeyə obyektiv baxsanız, biz avropalıların özümüzü qorumaq üçün kifayət qədər vəsaitimiz yoxdur”, – deyə o bildirib.
Onun sözlərinə görə, bu təhlükə tərəflərdən biri olan Rusiyanın “nüvə silahına və Avropa ərazilərinə çata bilən raketlərə malik olduğu” Ukrayna münaqişəsi ilə bağlıdır. Bundan əlavə, prezidentin sözlərinə görə, Avropa üçün təhlükə “dünyanın hər yerində – nüvə silahı əldə etməyə çalışan Çində, ABŞ-da, Rusiyada və İranda silahlanma prosesinin getməsi” ilə bağlıdır.
Makron həmçinin hesab edir ki, “Avropa iqtisadi və texnoloji baxımdan təhlükədədir”. “Bu gün biz iqtisadi tənəzzül riski ilə üz-üzəyik”, – dövlət başçısı bildirib. O, son 30 ildə Aİ iqtisadiyyatının artımının ABŞ-la müqayisədə iki dəfə yavaş olduğuna diqqət çəkib. “Biz həddən artıq çox tənzimləyirik, kifayət qədər sərmayə qoymuruq, kifayət qədər maliyyə imkanlarımız yoxdur, biz buna sərmayə qoymadan karbonsuzlaşmanı ən sürətli edirik. Beləliklə, bizi asılı vəziyyətə salacaq və artıq bizə imkan verməyən iqtisadi tənəzzül riski ilə üzləşiri” , Makron bildirib. (Tass)