Fransa prezidenti Emmanuel Makron mayın 26-dan 28-dək ikitərəfli əməkdaşlığı müzakirə etmək və iyunun 9-da keçiriləcək Avropa Parlamentinə seçkilər ərəfəsində Avropanın suverenliyini gücləndirmək üçün çalışmaq üçün Almaniyaya səfər edəcək. Yelisey sarayından bildirilib ki, bu, Fransa liderinin son 24 ildə bu ölkəyə ilk, general Şarl de Qollun 1962-ci ildə ilk səfərindən sonra isə altıncı dövlət səfəridir.
Bu səfərin məqsədi, Fransa mediasının qeyd etdiyi kimi, ilk növbədə, geniş spektrli məsələlər üzrə mütəmadi olaraq yaranan fikir ayrılıqları fonunda Almaniya ilə münasibətləri “canlandırmaq” olacaq. (Tass)