Fransa prezidenti Emmanuel Makron növbədənkənar parlament seçkilərinin ikinci turunda səs verib. Fransa liderinin seçki məntəqəsinə gəlişi LCI televiziya kanalı tərəfindən yayımlanıb.
Dövlət başçısı və xanımı Bricit Fransanın şimalındakı Le Tuke kommunasında seçki məntəqəsində səs verib. Makronun gəlişi üçün jandarmlar təhlükəsizlik perimetri qurublar. (Tass)