Fransa prezidenti Emmanuel Makron deputatların ölkənin inkişafına mane olacağı təqdirdə parlamentin növbəti buraxılmasının mümkünlüyünü istisna etmir. O, bu barədə X-də Yelisey Sarayının səhifəsində yayımlanan Nitsadakı mətbuat konfransında bildirib.
“Mən konstitusiya səlahiyyətlərindən imtina edənlərdən deyiləm. Əgər siyasi qüvvələr məsuliyyətsiz yol tutsalar və ölkənin tərəqqisini əngəlləmək qərarına gəlsələr, ola bilsin ki, mən konstitusiyanın müddəalarına müraciət edim”, – Fransa lideri yazıb.
Fransa prezidenti beşinci respublika konstitusiyasının 12-ci maddəsinə uyğun olaraq ildə bir dəfədən çox olmayaraq Milli Assambleyanı (parlamentin aşağı palatası) buraxmaq hüququna malikdir. Əsas qanunda dövlət başçısının buraxılmazdan əvvəl baş nazir və parlamentin hər iki palatasının spikerləri ilə məsləhətləşməsi nəzərdə tutulsa da, o, qərarı tək qəbul edir. Növbəti dəfə prezident aşağı palatanı iyulun 7-dən sonra buraxa bilər. (Tass)