Fransa Rusiya ilə müharibə etmir. Bunu Fransa prezidenti Emmanuel Makron X-də (keçmiş Twitter) Yelisey sarayı səhifəsində yayımlanan Çin prezidenti Si Tszinpinlə birgə mətbuat konfransında deyib.
“Biz nə Rusiya ilə, nə də rus xalqı ilə müharibə vəziyyətində deyilik”, – deyə Makron bildirib: “Biz Rusiyada hakimiyyət dəyişikliyinə də can atmırıq”. (Tass)