Fransa prezidenti Emmanuel Makron 23-25 oktyabrda etməyi planlaşdırdığı İsveç səfərini ləğv edib. Bu barədə BFMTV kanalı məlumat yayıb.
Onun sözlərinə görə, planlaşdırılan səfərin ləğvi “ölkələrdə baş verən son hadisələr və ümumilikdə beynəlxalq vəziyyətlə bağlıdır”. Bununla belə, qərarın konkret səbəbləri, eləcə də səfər üçün mümkün yeni tarixlər qeyd olunmur.
Makron İsveç kralı XVI Karl Qustavın dəvəti ilə Stokholm və Malmöyə səfər etməli idi. (Tass)