Fransa prezidenti Emmanuel Makron Macarıstan və Türkiyəni İsveçin Şimali Atlantika Alyansına daxil olmasını ratifikasiya etməyə çağırıb.
Yelisey sarayında Finlandiyanın baş naziri Petteri Orpo ilə görüşdən sonra Makron, “İsveç qoşulmadan NATO-nun genişlənmə prosesi tamamlanmayacaq” deyib: “Mən vurğulamaq istəyirəm ki, Macarıstan və Türkiyə əvvəlki öhdəliklərinə uyğun olaraq ratifikasiya etməlidir”.
Fransa liderinin sözlərinə görə, Orpo ilə söhbətində Parisin əvvəldən dəstəklədiyi Finlandiyanın NATO-ya daxil olması müzakirə olunub. Fransa prezidenti qeyd edib ki, NATO-nun şimal ölkələrinə genişlənməsi “şimal və Arktika regionunda alyansın potensialını gücləndirəcək”.
Finlandiya və İsveç NATO-ya üzv olmaq üçün ərizələrini 2022-ci ilin mayında təqdim etmişlər ki, bu da Ukraynadakı hadisələrin onları belə bir addıma sövq etdiyini göstərir. Finlandiya artıq alyansa üzv olub və İsveçin müraciəti Türkiyə və Macarıstan tərəfindən hələlik ratifikasiya olunmayıb.
(Tass)