Fransa prezidenti Emmanuel Makron çərşənbə günü ölkə vətəndaşlarına müraciət edəcək. Bu barədə o, X səhifəsində məlumat verib.
“Əziz həmvətənlərim. Böyük qeyri-müəyyənlik dövründə, dünyanın ən ciddi problemlərlə üzləşdiyi bir vaxtda mən sizə saat 20:00-da ( Bakı vaxtı ilə 23:00 – ) müraciət edəcəyəm”, – Fransa lideri yazıb.
Dövlət başçısı konkret nədən danışacağını dəqiqləşdirməyib, lakin BFMTV kanalı qeyd edir ki, müzakirələrdə Ukrayna ətrafındakı vəziyyət və Avropanın təhlükəsizliyinin gücləndirilməsinin vacibliyi müzakirə olunacaq.
Makron bu məsələlərin də müzakirə olunacağı Brüsseldə keçiriləcək Aİ sammiti öncəsi xalqa müraciət edəcək. (Tass)