Fransa prezidenti Emmanuel Makron Rusiya hakimiyyətini Moskvada saxlanılan fransız Loran Vinatyeni azad etməyə çağırıb.
“Biz Rusiyanı bu işin bütün elementlərini aydınlaşdırmağa və onu mümkün qədər tez azad etməyə çağırırıq”, – Makron Yelisey sarayında Ukrayna prezidenti Vladimir Zelenski ilə birgə mətbuat konfransında deyib.
O, fransıza qarşı ittihamları təbliğat elementləri adlandırıb. (Tass)