Fransa prezidenti Emmanuel Makron və Böyük Britaniyanın baş naziri Keir Starmer Birinci Dünya Müharibəsinin başa çatmasının 106-cı ildönümü ilə bağlı keçirilən mərasimdə iştirak ediblər. Yayım Yelisey Sarayının X (keçmiş Twitter) səhifəsində həyata keçirilib.
Makron və Starmer Fransanın müharibə dövrünün lideri Corc Klemenso və həmin dövrdə krallıq hökumətinin tərkibində olmuş britaniyalı siyasətçi Uinston Çörçilin abidələri önünə əklillər qoyublar.
Hər iki ölkənin liderləri Yelisey meydanında Zəfər tağının tağları altında yerləşən Naməlum Əsgər məqbərəsində də Əbədi məşəl alovlandırıblar. Mərasim Fransa Respublika Qvardiyasının paradı ilə başa çatıb. (Tass)