Malavi prezidenti və müdafiə naziri Lazarus Çakvera vitse-prezident Saulos Çilimanın öldüyü təyyarənin qəzaya uğramasının şəraiti və səbəblərini araşdırmağa göstəriş verib. Bu barədə “Nation” qəzeti məlumat yayıb.
“Malavinin Müdafiə Qüvvələri bu gün fəlakətin səbəbləri ilə bağlı araşdırmaya başlayır” deyən qəzet prezidentdən sitat gətirir: “Bilirəm ki, bəzi ölkələrin bu sahədə təcrübəsi var və mən onlardan kömək istəyirəm.”
Malavi prezidenti axtarış-xilasetmə əməliyyatında vaxtında köməyə görə xarici hökumətlərə minnətdarlığını bildirib. (Tass)