Malayziyanın baş naziri Ənvər İbrahim Beynəlxalq Cinayət Məhkəməsinin (ICC) İsrailin baş naziri Binyamin Netanyahuya qarşı həbs qərarı çıxarmasını alqışlayıb və bunu ədalətli mühakimə tərəfdarlarının hamısının qələbəsi adlandırıb.
“Beynəlxalq Cinayət Məhkəməsinin Benyamin Netanyahu və [keçmiş İsrail müdafiə naziri] Yoav Qalantın həbsinə order vermək qərarı ədalət və insanlıq tərəfdarı olan hər kəs üçün böyük bir qələbədir”, – deyə Malayziyanın baş naziri X-də yazıb. (Tass)