Malayziyanın baş naziri Ənvər İbrahim sentyabrın 3-dən 6-dək Vladivostokda keçirilən Şərq İqtisadi Forumunda (EEF) Ukraynadakı münaqişəni və Yaxın Şərq regionundakı vəziyyəti müzakirə etməyi planlaşdırır. Bu barədə Malayziya Xarici İşlər Nazirliyi məlumat yayıb.
“Baş nazir Rusiya prezidenti Vladimir Putinlə ikitərəfli görüş keçirəcək”- X- də məlumat verilib.