İyun 18, 2025-12:04
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Maliyyə naziri: Növbəti iki ildə Azərbaycanın xarici dövlət borcu əhəmiyyətli dərəcədə azalacaq

2023:11:02 - 15:29
in İQTİSADİYYAT
A A

Növbəti iki ildə bizim xarici dövlət borcumuz əhəmiyyətli dərəcədə azalacaq və təxminən 5 milyard dollar səviyyəsinə qədər enə bilər. Hazırda Azərbaycanın xarici dövlət borcu 6,5 milyard dollar səviyyəsindədir.

AZƏRTAC xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin noyabrın 2-də keçirilən iclasında maliyyə naziri Samir Şərifov deyib.

O bildirib ki, ümumi dövlət borcunun ÜDM-nisbəti son günlərə qədər 14,4 faizə bərabər idi. Burada xarici dövlət borcunun payına 9,3 faiz, daxili dövlət borcunun payına isə 5,1 faiz düşür.

“Bizim ortamüddətli proqnozlara nəzər yetirsək, görərik ki, dövlət borcunun bir qədər artımı proqnozlaşdırılır. Bunun iki səbəbi var. Əsas səbəb ondan ibarətdir ki, Azərbaycan Respublikası Prezidenti tərəfindən müvafiq təkliflər qəbul edilib. Bizim borclanma siyasətimizdə dəyişikliklər edilib. Bununla borcun ÜDM-ə nisbəti 30 faizə qədər artırılıb. Əvvəlki limit 20 faiz səviyyəsində idi. Bununla yanaşı, xarici dövlət borcuna dair siyasət hədəfləri qoyulub. Növbəti ildə əhəmiyyətli dərəcədə borcun qaytarılması nəzərdə tutulur. Bunun nəticəsi olaraq xarici dövlət borcumuz azalacaq. Digər ümumi siyasət istiqaməti ona yönəlib ki, daxili dövlət borcumuzun, ümumi dövlət borcunda xüsusi çəkisi artsın. Nəyə görə bu edilir? Ona görə ki, xarici borclanmadan biz daha çox asılı olmayaq. Digər tərəfdən, 2015-ci illərdəki təcrübəmiz onu göstərir ki, xarici dövlət borcunun qiyməti hər hansı bir məzənnə dəyişikliyi baş verdikdə kəskin surətdə manat ifadəsi də artır. Bu baxımdan daha təhlükəsiz hesab olunur ki, biz daxili dövlət borcunu artıraq. Daxili dövlət borcunun həcminin artırılması bizim maliyyə sektorunun, bank sektorunun inkişafına da müsbət təsir göstərir”, – deyə nazir vurğulayıb.

Əvvəlki Yazı

Xaçmazda keçmiş məhkum qətlə yetirilib

Növbəti Yazı

Ali Məhkəmə yanında Elmi-məsləhət şurasının iclasında məhkəmə təcrübəsində qarşıya çıxan problemlər müzakirə olunub

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.