Maliyyə Nazirliyi lisenziyaların uzadılması və avadanlıqların alınması üzrə müsabiqə elan edib.
Azərbaycan Respublikasının Maliyyə Nazirliyi tərəfindən zəruri proqram təminatı lisenziyalarının müddətlərinin uzadılması və yeni avadanlıqların satın alınması məqsədilə müsabiqə elan edilib.
Müsabiqənin adı “Maliyyə Nazirliyi üçün zəruri olan lisenziyaların müddətlərinin uzadılması və avadanlıqların satın alınması”dır.
Layihənin ehtimal olunan qiyməti 922 228,41 AZN təşkil edir.
