İran 60%-ə qədər zənginləşdirilmiş uran hasil etmək və toplamaq qabiliyyətini sürətlə artırır. Bunu Beynəlxalq Atom Enerjisi Agentliyinin (MAQATE) baş direktoru Rafael Qrossi deyib.
“Bu gün agentlik elan edir ki, 60%-ə qədər [zənginləşdirilmiş uran] hasil etmək qabiliyyəti kəskin şəkildə artmaqdadır”, – deyə Reuters Qrossinin sözlərindən sitat gətirib. MAQATE rəhbərinin qeyd etdiyi kimi, əvvəllər ayda 5-7 kq təşkil edən 60%-ə qədər zənginləşdirilmiş uranın yığılma sürəti “yeddi, səkkiz dəfə və ya daha çox” arta bilər. Nüvə silahı istehsal etmək üçün ən azı 90%-ə qədər zənginləşdirilmiş uran ehtiyatları yaratmaq lazımdır. (Tass)