Masallı rayonunda Beynəlxalq Müəllimlər Gününə həsr olunan regionun gənc müəllimləri arasında “Nə? Harada? Nə zaman?” intellektual yarışı keçirilib.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Lənkəran, Astara, Lerik, Yardımlı, Cəlilabad və Masallı rayonlarından olan gənc müəllimlərdən təşkil edilən komandalar “Region kuboku” uğrunda mübarizə aparıblar.
Maraqlı bilik mübarizəsi şəraitində keçən yarışda daha yüksək bilik səviyyəsi nümayiş etdirən Masallı komandası I yerə, Yardımlı komandası II yerə, Cəlilabad komandası isə III yerə layiq görülüb.
Qalib komandalar təşkilatçılar tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyələri ilə mükafatlandırılıblar.