Avqust 26, 2025-2:53
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

“Masdar” Azərbaycanın elektrik enerjisinə olan tələbatının 30 %-dən çoxunu BOEM hesabına təmin edəcək

2025:04:07 - 17:13
in İQTİSADİYYAT
A A

Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) “Masdar” şirkətinin Azərbaycanda bərpa olunan enerji sahəsində həyata keçirdiyi layihələr ölkənin bərpa olunan enerji mənbələrindən (BOEM) alınan elektrik enerjisinə olan tələbatının 30 %-dən çoxunu təmin etməyə imkan verəcək.

“Report” xəbər verir ki, bu barədə “Masdar Azerbaijan” şirkətinin direktoru Murad Sadıxov “Daha “yaşıl” gələcəyə innovativ yollar: bərpa olunan enerji mənbələri və emissiyaların azaldılması” mövzusunda keçirilən tədbirdə bildirib.

“Hazırda iki günəş elektrik stansiyası inşa olunur – Biləsuvarda 445 MVt və Neftçalada 315 MVt gücündə. Biləsuvardakı stansiya bütün Xəzər regionunda bir ərazidə ən böyük generasiya obyekti olacaq”, – o qeyd edib.

Həmçinin cari ilin sonunadək 240 MVt gücündə külək elektrik stansiyasının tikintisinə başlanılması planlaşdırılır.

“Bu üç obyekt ümumi gücü 1 giqavat olan böyük “Mega” layihəsinin bir hissəsidir. Onların həyata keçirilməsi sayəsində “Masdar” Azərbaycanın enerji keçidinə əhəmiyyətli töhfə verəcək və bərpa olunan mənbələr hesabına elektrik enerjisinin cari istehlakının 30 %-dən çoxunu təmin edəcək”, – M. Sadıxov vurğulayıb.

Onun sözlərinə görə, layihənin həyata keçirilməsi Azərbaycan hökuməti, beynəlxalq tərəfdaşlarla sıx əməkdaşlıq, həmçinin Əbu-Dabi və BƏƏ hökumətinin dəstəyi sayəsində mümkün olub.

“Çağırışlara baxmayaraq, biz birlikdə bu iddialı layihə ilə irəliləməyi qərara almışıq”, – o əlavə edib.

Əvvəlki Yazı

IDF Qəzzada HƏMAS radikal jurnalistinin öldürüldüyünü bildirib

Növbəti Yazı

Milli Məclisin növbəti plenar iclasının gündəliyi açıqlanıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.