ABŞ Hökumətinin Effektivliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) ləğvi prosesinin davam etdiyini açıqlayıb.
“Biz USAİD-in ləğvi prosesindəyik” o, X-də deyib.
Maskın sözlərinə görə, USAID-i bərpa etmək mümkün deyil. “Bu, qurdlu alma deyil, sadəcə bir parça qurddur… Alma yoxdur, ona görə də hər şeyi atmaq lazımdır”, – o əlavə edib.
Mask daha əvvəl USAID-i bioloji silahların inkişafını maliyyələşdirməkdə ittiham etmişdi. (Tass)