Almaniyanın “Almaniya üçün Alternativ” (AfD) partiyasına potensial qadağa Almaniyada demokratiyaya əsl hücum olardı. Bu barədə mayın 2-də amerikalı milyarder və ABŞ Hökumətin Səmərəliliyi Departamentinin (DOGE) rəhbəri İlon Mask bildirib.
O qeyd edib ki, AfD hazırda Almaniyada ən populyar siyasi partiyadır.
Milyarder X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb: “Mərkəzçi AfD- ni qadağan etmək demokratiyaya radikal hücum olardı”.