İlon Mask Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedevin ABŞ prezidenti Donald Trampla münaqişənin həllinə kömək təklifini dəyərləndirib.
Mask Medvedevin X yazısına gülən emoji ilə cavab verib.
Bundan əvvəl Dmitri Medvedev “D (Donald Tramp ) və E (Elon Mask ) arasında məqbul ödəniş müqabilində sülh sazişinin bağlanmasına kömək etməyə və Starlink səhmlərini ödəniş kimi qəbul etməyə” hazır olduğunu yazıb və hər ikisini mübahisə etməməyə çağırıb.