Elon Musk, 2024-cü ilin noyabrında keçiriləcək prezident seçkilərində ABŞ-ın hazırkı lideri Co Baydenə yenidən səs verəcəyini təsəvvür edə bilmədiyini deyib.
“Mən bu dəfə Baydenə səs verməyi təsəvvür edə bilmirəm” deyə Mask bazar günü X sosial şəbəkəsində (keçmiş Twitter) yazıb.
Belə ki, milyarder 2023-cü ilin mayında dərc olunmuş CNBC telekanalına müsahibəsini şərh edib.Orada Musk 2020-ci il seçkilərində Baydenə səs verdiyini bildirib.
Keçən il aprelin 25-də Bayden ən yüksək hökumət ofisinə yenidən seçilmək üçün mübarizə aparacağını bəyan etdi. O, Respublikaçılar Partiyasından prezidentliyə namizəd olmaq istəyən keçmiş ABŞ prezidenti Donald Trampla rəqabət apara bilər. (Tass)