İlon Maskın rəhbərlik etdiyi ABŞ Hökumətinin Effektivliyi İdarəsi (DOGE) federal Müxtəliflik, Bərabərlik və İnklüzivlik (DEI) siyasətləri üçün maliyyəni 1 milyard dollardan çox azaldıb.
“DOGE çılğın DEI müqavilələri ilə vergi ödəyicilərinə 1 milyard dollardan çox qənaət etdi” deyib Musk H.
Yanvarın 20-də andiçmə mərasimindən bəri Prezident Donald Tramp federal agentliklərdə bütün inklüzivlik və müxtəliflik proqramlarına son qoyulması və ABŞ-da yalnız iki cinsin – kişi və qadının tanınması da daxil olmaqla, bir sıra icra sərəncamları imzalayıb. Yanvarın 23- də NBC-nin verdiyi məlumata görə , federal işçilərə yeni administrasiya tərəfindən diqqətdən kənarda qalmış müxtəliflik, bərabərlik və inklüzivlik siyasətləri ilə bağlı vəzifələrdə olan həmkarlarına hesabat vermələri və ya cəzalarla üzləşmələri tapşırılıb. (Tass)