Hazırda ABŞ Hökumətinin Səmərəliliyi Departamentinə (DOGE) rəhbərlik edən sahibkar İlon Maskın SpaceX və Tesla şirkətləri The Washington Post-da dərc olunan məqaləyə əsasən, son 20 ildə ABŞ hökumətindən təxminən 38 milyard dollar alıb.
Qeyd edildiyi kimi, “illər ərzində Mask və onun şirkətləri hökumət müqavilələri, kreditlər, subsidiyalar və vergi güzəştləri şəklində ən azı 38 milyard dollar əldə ediblər”. Məqalədə deyilir: “Ödənişlər 20 ildən çox davam etdi. Nəşr vurğulayır ki, hazırda “dövlət xərclərinin azaldılması” ilə məşğul olan Maskın özü ABŞ-da “vergi ödəyicilərindən ən çox vəsait alanlardan biridir”.
Təqdim olunan məlumatlara görə, kosmik tədqiqatlar sahəsində inkişaflar üzrə ixtisaslaşmış SpaceX korporasiyası əsasən Pentaqon və ABŞ Milli Aeronavtika və Kosmik Tədqiqatlar İdarəsindən (NASA) vəsait alıb. Elektrik avtomobilləri istehsal edən Tesla, sənayenin inkişafına yönəlmiş müxtəlif proqramlardan, eləcə də ABŞ-ın Energetika Nazirliyindən maliyyə alıb.
Nəşrin yazdığına görə, “vəsaitlərin ümumi məbləği çox güman ki, 38 milyard dollardan çoxdur”. Bu, xüsusilə, Amerika agentliklərinin maraqlarına uyğun olaraq SpaceX tərəfindən kəşfiyyat peyklərinin yaradılmasına aiddir. Maskın şirkətlərinə verilən bəzi qrantlar, kompensasiyalar və vergi güzəştləri də nəzərə alınmır.
Nəşr vurğulayır ki, SpaceX və Tesla da 52 müqavilənin şərtlərinə əsasən yaxın bir neçə ildə bir sıra Amerika agentliklərindən, o cümlədən Pentaqon və NASA-dan daha 11,8 milyard dollar ala bilər. (Tass)