Avqust 28, 2025-10:58
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
Reklam
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə İQTİSADİYYAT

Mayda Azərbaycan-İordaniya Hökumətlərarası Komissiyanın iclası keçiriləcək

2024:02:15 - 16:30
in İQTİSADİYYAT
A A

Mayda Azərbaycan-İordaniya ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın iclası keçiriləcək.

AZƏRTAC xəbər verir ki, İxracın və İnvestisiyaların Təşviqi Agentliyində – AZPROMO-da İordaniya Haşimilər Krallığının Azərbaycan Respublikasındakı fövqəladə və səlahiyyətli səfiri Ömər Bərəkət əl-Nahar ilə görüş keçirilib.

AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev ölkələr arasında iqtisadi-ticarət əlaqələrinin potensialının effektiv reallaşdırılması, o cümlədən İordaniyanın təklif etdiyi ticarət və investisiya imkanlarının araşdırılması məqsədilə agentliyin nümayəndələrinin ölkəyə işgüzar səfərinin planlaşdırıldığını bildirib. Diqqətə çatdırılıb ki, səfər zamanı qurulacaq birbaşa əlaqələr və aparılacaq məlumat mübadiləsi cari ilin may ayında keçirilməsi gözlənilən ticarət, iqtisadi və texniki əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın 4-cü iclasının səmərəli işi üçün möhkəm zəmin yaradacaq.

Səfir Ömər Bərəkət əl-Nahar ölkələrimizin ikitərəfli iqtisadi əlaqələrini tənzimləyən sazişlərin yenilənməsinin zərurətini qeyd edərək, İordaniyada investisiya və ticarət fəaliyyətinin həyat keçirilməsinin açdığı fürsətlər haqqında danışıb. Bildirilib ki, Avropa İttifaqı, ABŞ və Kanada ilə azad ticarət müqavilələri mövcud olan İordaniya Azərbaycan sahibkarları üçün ölkədə birgə müəssisələrin yaradılması və daha sonra sözügedən bazarlara ixrac edilməsi baxımından geniş imkanlar vəd edir. Bununla yanaşı, iordaniyalı sahibkarların da Azərbaycanın qonşu ölkələrlə mövcud əlverişli ikitərəfli ticarət qanunvericilindən istifadə edərək MDB bazarlarına çıxışı perspektivləri vurğulanıb.

Görüşdə Hökumətlərarası Komissiyanın 4-cü iclası çərçivəsində birgə biznes forumun keçirilməsi, eləcə də ikitərəfli işgüzar əlaqələrin intensivləşdirilməsi üçün birbaşa uçuşların həyata keçirilməsi təklifləri də müsbət qiymətləndirilib.

Əvvəlki Yazı

Xaçmazda iki yük avtomobili toqquşub, ölən və ağır yaralılar var

Növbəti Yazı

Gəncədə bacısını öldürməkdə təqsirləndirilən şəxsin cinayət işi məhkəməyə göndərilib

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • Analytics Line
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.