İyun 17, 2025-2:34
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SİYASƏT

MDB-dən olan müşahidəçilər prezidentliyə namizədlərin seçki qərargahlarının rəhbərləri ilə görüşüblər

2024:02:01 - 17:21
in SİYASƏT
A A

Azərbaycanda növbədənkənar prezident seçkilərinin monitorinqi çərçivəsində MDB müşahidəçilər missiyasının nümayəndələri prezidentliyə namizədlərin seçkiqabağı qərargahlarının rəhbərləri ilə görüşlər keçiriblər.

“Report”a MDB müşahidə missiyasının qərargahından verilən məlumata görə, görüşlər zamanı missiyanın fəaliyyət prinsipləri, onun formalaşdırılması proseduru, Azərbaycanda seçki kampaniyasının monitorinqi ilə bağlı aparılan işlər, MDB-dən olan müşahidəçilərin sayı və s. barədə məlumat veriblər.

Namizədlərin qərargahının rəhbərliyi və üzvləri öz növbəsində ali dövlət vəzifəsinə namizədlərin seçki platformalarının əsas istiqamətləri və seçicilərlə görüşləri barədə məlumat veriblər. Həmsöhbətlər xüsusilə vurğulayıblar ki, bütün namizədlərə təşviqat kampaniyası aparmaq və öz proqramlarını təqdim etmək üçün bərabər imkanlar yaradılıb.

Həmçinin Azərbaycanda seçki kampaniyasının müşahidəsi zamanı MDB müşahidəçilər missiyasının nümayəndələri Qobustan, Şamaxı, İsmayıllı və Ağsu rayonlarında olublar.

Uzunmüddətli müşahidəçilər dairə və məntəqə seçki komissiyalarının işi ilə tanış olublar. Onlara seçkilərə hazırlıqla bağlı məlumat verilib, seçki məntəqələrinin texniki vasitələr və metodiki vəsaitlərlə təchiz olunması göstərilib.

Missiya üzvləri seçki prosesinin şəffaflığının təmin edilməsinə, seçki komissiyalarının beynəlxalq müşahidəçilərlə konstruktiv qarşılıqlı fəaliyyətə yönəlməsinə yerlərdə xüsusi diqqət yetirildiyini qeyd ediblər.

Əvvəlki Yazı

Nazirlik rəsmisi: “Utilizasiya qısa müddətdə havanın keyfiyyətini yaxşılaşdıra bilər”

Növbəti Yazı

İsrail Müdafiə Nazirliyinin rəhbəri UNRWA-nı “Yenilənmiş siması olan Həmas” adlandırıb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.