MDB Xarici İşlər Nazirliyinin rəhbərləri Moskvada keçirilən iclasda Avrasiya məkanında zorakı diktatura cəhdlərini pisləyiblər. Bu barədə TASS-a MDB İcraiyyə Komitəsinin mətbuat xidməti məlumat verib.
“Eyni zamanda, xarici siyasət idarələrinin rəhbərləri Avrasiyada inteqrasiya və bərabərhüquqlu əməkdaşlıq proseslərinə xələl gətirmək də daxil olmaqla, hər hansı zorakı diktatura cəhdlərini qətiyyətlə pisləyir və münaqişələrin qarşısını almaq üçün maraqlar balansına və kompromis həll yollarının tapılmasına səy göstərməyə çağırırlar”, – deyə MDB İcraiyyə Komitəsi bildirib. (Tass)