May 12, 2025-12:32
  • Haqqımızda
  • Əlaqə
  • Media üçün
16 °c
Baku City
15 ° Şb
13 ° Bz
14 ° Be
15 ° Ça
16 ° Ç
16 ° Ca
Ritorika.az
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ritorika.az
Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
Ana Səhifə SOSİAL

MDU-nun magistrantı Türkmənistanda beynəlxalq elmi müsabiqədə uğur qazanıb

2023:10:22 - 11:48
in SOSİAL
A A

Mingəçevir Dövlət Universitetinin (MDU) magistrantı Murad Baxşəliyev Türkmənistanda “Yüksək texnologiyalar və innovativ layihələr” (High Technologies and Innovative Projections) mövzusunda keçirilən gənclər arasında beynəlxalq elmi yarışmada iştirak edib. Müsabiqə bu ilin mart ayında Türkmənistanın Elmlər Akademiyası, Təhsil Nazirliyi və Məhtimqulu adına Gənclər Təşkilatının Mərkəzi Şurası tərəfindən elan edilib.

MDU-dan AZƏRTAC-a bildirilib ki, müsabiqəyə Azərbaycan, Belarus, Vyetnam, Gürcüstan, Qazaxıstan, Çin, Malayziya, Tacikistan, Türkmənistan, Türkiyə və Özbəkistandan gənc tədqiqatçı, ixtiraçı və mütəxəssislər ən populyar istiqamətlər üzrə öz elmi işlərini və layihələrini təqdim ediblər.

MDU-nun magistrantı M.Baxşəliyev beynəlxalq müsabiqəyə Energetika kafedrasının baş müəllimi, tex.f.d. Səadət Şıxəliyevanın elmi rəhbərliyi ilə “35-220 kV gərginlikli elektrik veriliş xətlərinin aralıq dayaqlarının müqayisəli təhlili” mövzusunda yerinə yetirdiyi elmi-tədqiqat işinin nəticələri ilə qatılıb.

Yekun mükafatlandırma mərasimi Aşqabadda Ticarət və Sənaye Palatasında səhiyyə, təhsil və idmanla bağlı keçirilən sərgi-konfrans çərçivəsində baş tutub. Müsabiqənin nəticələrinə əsasən, ilk 3 yeri tutan 45 nəfər qalib elan edilib.

Müsabiqədə 3-cü yerə layiq görülən MDU-nun magistrantı M.Baxşəliyev müvafiq diplomla təltif olunub.

Əvvəlki Yazı

Haaqada “Qərbi Azərbaycana Qayıdış Konsepsiyası və icmanın Avropadakı üzvləri” mövzusunda beynəlxalq konfrans keçirilib

Növbəti Yazı

Gəncədə sirkə turşusu içən şəxs ölüb

Ritorika.az saytı Azərbaycanda və dünyada baş verən ictimai-siyasi prosesləri yayımlayır.
Gündəmdə olan hadisələr diqqət mərkəzində saxlanılır.

  • Haqqımızda
  • Media üçün
  • Köhnə versiya

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.

Nəticə yoxdur
Bütün Nəticəyə Baxın
  • GÜNDƏM
  • SİYASƏT
  • SOSİAL
  • İQTİSADİYYAT
  • HADİSƏ
  • DÜNYA
  • MƏDƏNİYYƏT
  • KÖŞƏ
  • Din və fəlsəfə
  • MÜSAHİBƏ
  • MARAQLI

RİTORİKA.AZ © 2023 - Bütün hüquqları qorunur.