90 yük maşını humanitar yardım və 15 yanacaq tankeri Misirlə sərhəddə yerləşən Rəfah keçid məntəqəsindən Fələstinin Qəzza zolağına daxil olub. Bu barədə “Əl-Qahirə əl-İxbariyyə” telekanalı məlumat yayıb.
Bu, bir gündə İsrailin blokadasına aldığı anklavdan keçən ən çox yanacaq tankeridir. Telekanalın məlumatına görə, sərhəd keçid məntəqəsi hazırda beynəlxalq vasitəçilərin köməyi ilə İsrail və Fələstinin HƏMAS radikal hərəkatı tərəfindən əldə edilmiş razılıq əsasında humanitar atəşkəsin qüvvəyə minməsi ərəfəsində yüksək hazırlıq vəziyyətindədir. Hərəkat gözləyir ki, humanitar fasilə zamanı ən azı 200-300 yük maşını Qəzza zolağının əhalisinə yardımla anklav ərazisinə daxil ola biləcək.
Bundan əvvəl Fələstinin Həmas hərəkatı Qətər və Misirin vasitəçiliyi ilə Qəzza zolağında dörd günlük humanitar atəşkəslə bağlı İsraillə razılığa gəldiyini açıqlamışdı. Hərəkat təsdiq edib ki, razılaşmalar İsrail həbsxanalarından 19 yaşından kiçik 150 qadın və uşağın azad edilməsi müqabilində anklavda saxlanılan 50 qadın və 19 yaşından kiçik uşağın azad edilməsini nəzərdə tutur. Qətər Xarici İşlər Nazirliyinin bildirdiyi kimi, atəşkəs rejiminin tətbiqi 24 saat ərzində elan ediləcək. (TassƏ