İsrailin Fələstin qaçqınlarının Əl-Bureyc və Əl-Maqazi düşərgələrini, həmçinin Qəzza zolağının mərkəzindəki Əl-Məsdər ərazisini atəşə tutması nəticəsində azı 20 nəfər həlak olub. Bu barədə Beyrutdan yayımlanan Al Mayadeen telekanalı məlumat yayıb.
Onun sözlərinə görə, Fələstin müqavimət qruplarının döyüşçüləri Qəzza şəhərində İsrail ordusu birlikləri ilə vuruşurlar. Hərbi irəliləyişlər şəhərin cənub-qərbində yerləşən Tel əl-Hava və Şeyx Ajlin bölgələrində qeydə alınıb.
Al Mayadeen telekanalı qeyd edib ki, Qəzza zolağının şimalında yerləşən Cəbəliyə qaçqın düşərgəsinin şərq kənarında silahlı toqquşmalar baş verir.
Bundan əlavə, Qətərin “Əl-Cəzirə” telekanalının məlumatına görə, İsrailin Qəzza zolağının mərkəzi hissəsində yerləşən Nuseyrat fələstinli qaçqın düşərgəsinə endirdiyi zərbə nəticəsində 4 nəfər həlak olub. (Tass)