Avstriya vətəndaşı Qəzza zolağından təxliyə edilib. Bu barədə Avstriyanın “Standard” qəzeti respublikanın Xarici İşlər Nazirliyinə istinadən xəbər verir.
Avstriya Xarici İşlər Nazirliyinin məlumatına görə, söhbət ilk növbədə ikili vətəndaşlığı olan şəxslərdən gedir. Təxliyə edilənlərdən heç biri xəsarət almayıb.
Bundan əvvəl Fələstinin radikal HƏMAS hərəkatı Rəfah keçid məntəqəsi vasitəsilə Qəzza zolağından çıxa biləcək insanların siyahılarını dərc edib. Onların arasında ən azı 430 nəfər, o cümlədən xarici ölkələrin vətəndaşları, beynəlxalq və qeyri-hökumət təşkilatlarının əməkdaşları, ikili vətəndaşlığı olan fələstinlilər olub. (Tass)